6 futbolçu “Çelsi”ni tərk edə bilər

“Çelsi”nin 6 futbolçusu yay transfer pəncərəsində klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Söhbət Romelu Lukaku, Rahim Sterlinq, Armando Breu, Kepa Arrisabalaqa, Mark Kukurella və Trevo Çalobadan gedir.

Futbolçular Səudiyyə Ərəbistanı klublarına qoşula bilərlər. Bununla da, London klubu 105 milyon avroluq büdcə kəsirindən qurtulmağı planlaşdırır.

“Çelsi”nin daha əvvəl (2022/23 mövsümü) rekord məbləğdə – 512 milyon funt-sterlinq qazandığı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button