“Çelsi”nin müdafiəçisi iki aylıq sıradan çıxıb

İngiltərə millisinin və “Çelsi” klubunun futbolçusu Ben Çiluell uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Liqa Kubokunda “Brayton”a 1:0 hesabı ilə qalib gəldikləri matçda bud nahiyəsindən zədə alıb.

İngiltərəli oyunçu iki aydan sonra sıraya dönə biləcək.

Qeyd edək ki, Ben Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button