“Çelsi”nin italiyalı futbolçusu üçün əlamətdar oyun

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “Malmö” (İsveç) ilə oyun “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, italiyalı futbolçu bu qarşılaşmada iki fərqli qapıçıya penaltidən qol vurub.

ÇL-də ilk dəfə “Sparta”nın müdafiəçisi Vladimir Labant 1999-cu ildə “Villem”lə görüşdə (4:3) bunu reallaşdırıb. Jorjinyo isə ikinci belə oyunçu kimi tarixə düşüb.

Jorjinyo eyni zamanda, yalnız penaltidən fərqlənən futbolçular arasında ən çox qol vurmaqla Çempionlar Liqası rekorduna sahibdir. Hazırda 6 belə qolu olan İtaliya millisinin üzvü, slovakiyalı Vladimir Labantı (5) geridə qoymağı bacarıb.

“Çelsi” doğma meydanda qarşılaşdığı “Malmö” ilə oyundan 4:0 hesablı qələbə ilə ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button