“Çelsi” 20 yaşlı futbolçu üçün 60 milyon avro ödəyəcək?

“Renn”in mərkəz müdafiəçisi Jeremi Jakquet qış transfer pəncərəsi üçün “Çelsi”nin əsas hədəfi olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı futbolçunu bu ay transfer etmək niyyətindədir, lakin “Renn” oyunçusundan ayrılmaq istəmir. Fransa klubu müdafiəçi üçün 60 milyon avrodan çox pul tələb edir. “Çelsi” rəhbərliyinin isə bu şərtlərlə razılaşıb-razılaşmayacağı hələ də məlum deyil.

Eyni zamanda, “Bayern”, “Real” və Avropanın digər aparıcı klublarının da oyunçu ilə maraqlandıqları bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button