Villian üçün Londonda qalmaq fürsəti

“Çelsi”nin futbolçusu Villian karyerasını Londonun başqa klubunda davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı cinah hücumçusuyla “Arsenal” yaxından maraqlanır. “Topçular” Villianla müqavilə və maaş barəsində müzakirələr aparmağa hazırdır.

2013-cü ildən “Çelsi”də çıxış edən və sözləşməsi mövsümün sonunda bitəcək Villian “zadəganlar”dan ayrılmaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button