Hücumçusu “Çelsi”yə “yox” dedi

“Çelsi”nin futbolçusu Temmi Abraham London təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “zadəganlar”la yeni sözləşmənin şərtlərində razılığa gələ bilmir. Abraham komanda yoldaşı Kallum Hadson-Odoi kimi həftəlik 180 min avro qazanmaq istəsə də, “Çelsi” bu məbləği vermək istəmir.

2022-ci ilə qədər müqaviləsi olan Abraham, bu səbəbdən “zadəganlar”a “yox” deyib. Hücumçu bu mövsüm 27 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button