“Çelsi”nin futbolçusu “Spartak”da

Rusiyanın “Spartak” (Moskva) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Viktor Mozeslə güclənib.

Bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə nigeriyalı futbolçunun satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Ötən mövsüm Viktor Mozes icarə əsasında İtaliya “İnter”inin formasını geyinib. 29 yaşlı xavbek bütün turnirlərdə 17 oyunun iştirakçısı olub. O, daha əvvəl “Kristal Pelas”, “Liverpul”, “Vest Hem”, “Fənərbaxça” kimi komandalarda da çıxış edib. Mozes 2012 – 2018-ci illərdə Nigeriya yığmasına çağırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button