“Çelsi”nin futbolçuları baş məşqçinin qovulması üçün rəhbərliyə müraciət edib

“Çelsi”nin “Bernli” ilə heç-heçəsindən (2:2) sonra London klubunun bir neçə futbolçusu komandanın baş məşqçisi Maurisio Poçettinonun istefaya göndərilməsi xahişi ilə rəhbərliyə müraciət edib.

Komanda.az HITC-ə istinadən xəbər verir ki, futbolçular mövsümün sonunda argentinalı mütəxəssisin istefasında israrlıdırlar.

“Çelsi” Premyer Liqada turnir cədvəlində 11-ci yerdədir. Növbəti turda londonlular “Mançester Yunayted”lə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button