“Çelsi”dən adı “Fənərbaxça”yla hallanan Mozeslə bağlı açıqlama

“Çelsi” klubu nigeriyalı futbolçusu Viktor Mozesin “Fənərbaxça” ilə danışıqlar apardığını açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Mauritsio Sarrinin köməkçisi Zola, Mozesin “Fənər”lə danışıqlar aparmasına “Çelsi”nin icazə verdiyini bildirib:

“Mozes üçün təəssüflənirik, amma hazırda o, “Fənərbaxça” ilə transfer danışıqları aparır. Bu danışıqlar üçün “Çelsi”nin də icazəsi var”.

28 yaşlı futbolçunu tibbi müayinədən keçirən İstanbul klubunun “Çelsi” ilə 1,5 illik icarə üçün razılıq əldə etdiyi və transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button