“Çelsi”dən ayrılıb, “Yuventus”a gedir

“Çelsi” baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Sarri növbəti mövsümdən “Yuventus”u çalışdıracaq. Bu barədə İtaliya mətbuatı mətbuatı məlumat yayıb. “Çelsi”nin Sarri ilə müqaviləni yaxın günlərdə ləğv edəcəyi gözlənilir.

2018-ci ilin yayında “Çelsi”yə baş məşqçi təyin olunan Sarrinin “zadəganlar”la 2021-ci ilin yayına qədər müqaviləsi var.

O, ilk mövsümdən London təmsilçisi ilə Premyer Liqada 3-cü yeri tutub, Avropa Liqasının isə qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button