“Çelsi”də 4 illik müqavilə

“Çelsi”də 4 illik müqavilə

İngiltərənin “Çelsi” klubu futbolçusu Meyson Mauntla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni müqavilə imzalanıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

“Çelsi”nin öz yetirməsi olan ingilis oyunçu ötən mövsümü icarə əsasında “Derbi Kaunti”də keçirib. Həmin vaxt Çempionşip təmsilçisini bu yay “Çelsi”nin baş məşqçisi təyin edilən Frank Lempard çalışdırıb.