“Çelsi” axtardığını “Barselona”da tapdı

“Çelsi” zədə səbəbindən mövsümü erkən bitirən Ben Çiluellə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, “zadəganlar” müdafiənin sol cinahı üçün “Barselona”dan Serjinyo Desti transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Destlə “Çelsi” ilə yanaşı, Niderlandın “Ayaks”, Almaniyanın “Bayern” və İngiltərənin “Arsenal” klubu da maraqlanır.

21 yaşlı müdafiəçi bu mövsüm “Barselona” ilə 16 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button