“Çelsi” bu 2 futbolçunu buraxmaq istəmir

“Çelsi” Nqolo Kante və Jorjinyonun klubla yeni müqavilə imzalayacağına ümid edir.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, London təmsilçisi hər iki futbolçu ilə yola davam etmək niyyətindədir.

Klub rəhbərliyi qış transfer pəncərəsində Çud Bellingem, Enzo Fernandes və Deklan Raysı transfer etmək üçün hərəkətə keçəcək. Buna baxmayaraq, “zadəganlar” Kante və Jorjinyonu komandada saxlamaq istəyir.

Hər iki futbolçunun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Kante bu mövsüm Premyer Liqada 2 oyun keçirib. Jorjinyo isə 2022/23 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button