“Çelsi” ukraynalı futbolçu ilə bağlı qərar verməyə hazırlaşır

“Çelsi” yarımmüdafiəçisi Mixail Mudriklə bağlı ciddi qərar verməyə hazırlaşır.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, CAS-da (İdman Arbitraj Məhkəməsi) davam edən işin nəticəsindən sonra ukraynalı futbolçunun antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiyası təsdiqlənərsə, London klubu onunla müqaviləni ləğv edə bilər.

Bu cür pozuntu peşəkar futbolçularda adətən əmək müqaviləsinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Müqavilə ləğv ediləcəyi halda, “Çelsi” Mudrik üçün qalan transfer amortizasiya (böyük xərcin hissələrə bölünməsi) dəyərini maliyyə hesabatlarından çıxara bilər ki, bu da klubun maddi vəziyyətinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, londonluların başqa seçimləri də var. Klub ya futbolçunun müqaviləsini saxlayaraq gələcəkdə onu müəyyən məbləğ qarşılığında sata, ya da diskvalifikasiyanın bitməsindən sonra onu yenidən heyətə qaytara bilər.

Daha əvvəl yayılan məlumatlara görə, Mudrikə 4 illik diskvalifikasiya verilə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button