Sterlinq klubunu dəyişə bilər

“Çelsi”nin vingeri Rahim Sterlinq qış transfer pəncərəsində klubunu dəyişə bilər.

London klubu 31 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil. Sterlinq mövsümün əvvəlindən əsas komandanın heyətindən kənarlaşdırılıb.

Komanda.az “Flashscore”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Kristal Pelas”, “Fulhem” və “Vest Hem”in maraq dairəsindədir. Bu klublar Sterlinqlə yay transfer pəncərəsində də maraqlanıblar, ancaq danışıqlar konkret mərhələyə çatmayıb.

Sterlinq cari mövsümdə hələ ki, “Çelsi”nin heyətində heç bir oyunda meydana çıxmayıb. “Mançester Siti”nin və İngiltərə millisinin sabiq futbolçusunun “Çelsi” ilə müqaviləsinin müddəti isə 2027-ci ilin ortalarına qədərdir.

Onun komandası UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb -2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button