“Çelsi” onun üçün mübarizə aparmağa hazırdır

“Kristal Pelas”ın vingeri Maykl Olise yenidən “Çelsi”nin “radar”ına düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” ötən yay fransalı futbolçu ilə müqavilə imzalamağa çalışsa da, o, qalmaq və “Kristal Pelas”la müqaviləsini uzatmaq qərarına gəlib.

Olise eyni zamanda, qarşıdan gələn transfer pəncərəsi üçün “Mançester Yunayted”in yeni rəhbərliyinin əsas hədəflərindən biri hesab olunur. Lakin “Çelsi” və “Kristal Pelas” hücumçu üçün mübarizə aparmağa hazırdır.

22 yaşlı futbolçu zədələrə görə hazırda Premyer Liqada “Kristal Pelas”ın heyətində cəmi 14 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button