“Çelsi” onların xidmətindən məhrum oldu

İngiltərənin “Çelsi” klubu iki futbolçusunun xidmətindən məhrum olub.

Komanda.az xəbər verir ki, Hakim Ziyex və Kallum Hadson-Odoi bir müddət “zadəganlar”a kömək edə bilməyəcək. Onların azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu barədə komandanın baş məşqçisi Frenk Lempard açıqlama verib. O, futbolçuların yalnız gələn həftənin sonlarından məşqlərə başlaya biləcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button