
“Çelsi” “sükan”ı keçmiş baş məşqçisinə tapşırmaq istəyir
“Napoli”nin baş məşqçisi Antonio Konte cari mövsümün sonunda klubunu dəyişə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
İtaliyalı mütəxəssislə “Çelsi” yaxından maraqlanır. London təmsilçisi artıq Konte ilə əməkdaşlıq təcrübəsinə malikdir – o, 2016-2018-ci illərdə “Çelsi”ni çalışdırıb və komandaya Premyer Liqa çempionluğunu qazandırıb.
“Çelsi” qısa müddət əvvəl baş məşqçi Liam Rosenyorla yollarını ayırıb. Bu səbəbdən, klub yeni baş məşqçi axtarışını davam etdirir.
Antonio Konte 2024-cü ilin yayından etibarən “Napoli”ni çalışdırır. 56 yaşlı mütəxəssisin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



