“Çelsi” ilə anlaşa bilməyən futbolçu “Liverpul”un hədəfində

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Villian karyerasını Premyer Liqada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Liverpul” 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mersisayd klubunun Villianla danışıqlara başladığı bildirilir. “Liverpul” braziliyalı futbolçuyla razılıq əldə etsə, mövsümün sonunda azad agent kimi heyətinə qatacaq. Villianın da karyerasını Premyer Liqada davam etdirmək istədiyi bildirilir.

Villian 2013-cü ildən “Çelsi”nin şərəfini qoruyur. London klubu ona 2 illik müqavilə təklif etsə də, futbolçu 3 illik sözləşmə tələb etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button