“Çelsi” futbolçusunu aşağı liqa klubuna satdı – Rekord transfer

İngiltərənin “Bristol Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi “Çelsi”dən Tomaş Kalası transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb. Transferin detalları bilinməsə də, klub, transferin rekord məbləğə həll olunduğunu açıqlayıb.

2010-cu ildə “Çelsi”yə transfer olunan Kalas, son mövsümü icarə əsasında məhz “Bristol Siti”də keçirib. Müdafiəçi Çexiya millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button