
“Çelsi” “Bayern”in təklifini geri çevirdi
“Bayern” müdafiəçi Trevo Çaloba üçün “Çelsi”yə rəsmi şəkildə müraciət ünvanlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilislər futbolçunu birdəfəlik satmaq istəyir. Bunun üçün Almaniya klubunun icarə təklifi rədd edilib. Tərəflər arasında danışıqlar davam edir.
Çalobanın “zadəganlar”la sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub. O, 2022/23 mövsümündə “Çelsi”də bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



