“Barselona” “Çelsi” ilə bacarmadı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Çelsi” ilə “Barselona” yoxlama oyununda üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Yaponiyanın “Saitama” stadionunda keçirilən görüşdə “Çelsi” 2:1 hesabı ilə qalib gəlib. “Zadəganlar”ın qollarını 34-cü dəqiqədə Tammi Abraham və 81-ci dəqiqədə Ross Barkli vurub. Kataloniya təmsilçisinin yeganə qoluna isə 90+1-ci dəqiqədə İvan Rakitiç imza atıb.