
“Çelsi”nin “radar”ındadır – 116 milyon avroluq hücumçu
“Çelsi” “Bornmut”un hücumçusu Eli Junior Krupi ilə maraqlanan klublar sırasına qoşulub.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Klub forvardın ötən mövsüm sərgilədiyi performansdan razı qalıb.
Fransalı hücumçu ilə “Arsenal” və PSJ də maraqlanır. Ancaq “Bornmut” perspektivli futbolçusunu satmaq istəmir və onun üçün 100 milyon funt-sterlinqdən (təxminən 116 milyon avro) artıq məbləğ tələb edir.
Krupi ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 13 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



