İngiltərə klubu Xulian Alvares üçün danışıqlara başlayıb

“Atletiko”nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına keçməyə bir addım da yaxınlaşıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Çelsi”nin əsas transfer hədəflərindən biridir və klub artıq onun keçidi üzərində aktiv şəkildə çalışır.

Tərəflər arasında danışıqlar aparılır. Alvaresin nümayəndələrinin bu yaxınlarda Liqa kuboku çərçivəsində keçirilən “Çelsi” – “Arsenal” (0:1, ilk oyun – 2:3) oyunu zamanı Londonda olması da bu iddiaları daha da gücləndirib. Daha əvvəl “Arsenal”ın da onunla maraqlandığı xəbərləri yayılmışdı.

“Transfermarkt” portalına əsasən, Alvaresin bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Daha öncə onun üçün əsas namizəd kimi “Barselona” göstərilsə də, Premyer Liqa klublarının maliyyə imkanları kataloniyalılarla müqayisədə daha üstün hesab olunur.

Beləliklə, 26 yaşlı forvardın gələcək karyerasının İngiltərə ilə bağlı olması ehtimalı getdikcə artır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button