Çalhanoğlu 2 həftəlik sıradan çıxdı

İtaliya təmsilçisi “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yanvar ayının sonuna qədər komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Türkiyəli oyunçu 2 həftə meydana çıxa bilməyəcək.

Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button