“Çətin matç oldu” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının 20-ci turunun “Roma” ilə oyununu (2:1) dəyərləndirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, qarşılaşmanın çətin keçdiyini deyib:

“Belə matçlarda əsas qapıçıdan tutmuş ehtiyat oyunçular skamyasında əyləşən son adama qədər hər kəs qalib gəlmək əzmində olsa, qələbəyə sevinəcəksiniz. Çətin matç oldu. Bu gecə cəsarətli və keyfiyyətli oyun sərgiləyə bilmədik. Çox vaxt qeyd etdiyim amillər daha çox özünü göstərir”.

Bu matçdan sonra 53 xalı olan neapollular turnir cədvəlinin birinci, 37 xala malik olan “canavarlar” isə altıncı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button