“Cənub” İdman klubunun boksçuları turnirə qələbə ilə başladı – FOTO

Yanvarın 21-dən start götürən boks üzrə ölkə çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışda müxtəlif idman klublarının boksçuları gücünü sınayır.

“Cənub” İdman klubunun yetirmələri, 80 kq çəki dərəcəsində Rzazadə Rza və +90 kq çəki dərəcəsində Ələkbərov Ələkbər ilk döyüşlərdə rəqiblərini məğlub edərək növbəti mərhələyə adlayıblar.

Adı çəkilən boksçuların məşqçiləri Samir Həsənov və Tofiq Salmanov hər iki idmançıya böyük ümidlər bəslədiklərini vurğulayıb, onların medalçılar sırasında yer tutacaqlarını əminliklə bildiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button