Cəlal oynadı, komandası uduzdu

Bolqarıstan çempionatının 25-ci turunda bir sıra oyunlar baş tutub. 

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun yer aldığı “Arda” səfərdə “Botev”in qonağı olub. Bu oyunda Hüseynovun komandası rəqibinə 0:1 hesabı ilə uduzub.

Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb. “Arda” hazırda 32 xalla 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button