“Burdakı son günümə qədər mübarizə aparacam” – Zidan

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Borussiya” ilə (Münhenqladbax) qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, qələbə qazanacaqlarına inandığını bildirib:

“Hər an problem yarada biləcək çətin komandaya qarşı oynayacağımızı bilirik. 90 dəqiqə sakit oynamalı və gücümüzü qorumalıyıq. Bu qarşılaşmada “Barselona” ilə matçdakı (3:1) oyunumuzu göstərməliyik. Həmin matçda yaxşı oynadıq, komanda şəklində mübarizə apardıq. Bunu təkrarlamalı və xal qazanmalıyıq. Bütün düşüncələrim buna yönəlib. Burdakı son günümə qədər mübarizə aparacam. Qarşıda uzun mövsüm var və bütün futbolçulara ehtiyacımız olacaq. Bütün futbolçular oynamağa hazırdır”.

“Borussiya” – “Real” oyunu bu gün, saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button