Bura mənim evimdir, ailəmdir – Riçard Almeyda

“Qarabağ”ın köhnə-yeni futbolçusu Riçard Almeyda Ağdam klubuna qayıdışı ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubundan icarəyə götürülən Azərbaycan yığmasının üzvü bunları söyləyib:

“Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdir, ailəmdir. Burada hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button