“Bunu İngiltərə Premyer Liqasında görmək çətindir” – Eriksen

Qış fasiləsində “Tottenhem”dən “İnter”ə transfer olunan Kristian Eriksen açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının 23-cü turu çərçivəsində “Milan”la oyun (4:2) haqqında danışan danimarkalı futbolçu, bunları deyib:

“Bu, mənim üçün çox yaxşı təcrübə oldu. İlk hissə bizim üçün pis keçdi, hesabda geri düşdük. Amma bu, qələbəni daha da gözəlləşdirdi. Bu cür oyunlardan sonra üzünüzdə təbəssümlə stadionu tərk edirsiz.

Azarkeşlər stadionun böyük hissəsini əhatə edən xareoqrafiya hazırlamışdılar. Bunu İngiltərə Premyer Liqasında görmək çətindir. Çünki orda bununla bağlı qadağalar var.

Burda klub avtobusunda stadiona gələn andan azarkeşlərin coşqusunu hiss edə bilərsiz. Onların sayəsində oyunun nə qədər vacib olduğunu başa düşürsən. Bir çox azarkeşin burda olduğum üçün xoşbəxt hiss etdiyini görürəm. Bu, məni motivasiya edir, düzgün istiqamətləndirir, uyğunlaşmağa kömək edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button