Bundesliqada iki oyun təxirə salındı

Almaniya Bundesliqasının 16-cı turunun iki oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu gün keçirilməl olan “Sankt Pauli” – “Leyptsiq” və “Verder” – “Hoffenhaym” matçları baş tutmayacaq. Qarşılaşmaların təxirə salınmasının səbəbi qarlı və buzlu hava şəraitidir. Bu da oyunların təhlükəsiz şəkildə keçirilməsini mümkünsüz edir.

Hər iki oyunun nə vaxt keçiriləcəyi barədə yaxın zamanda məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button