Bundesliqa klubunu “Brügge”yə dəyişdi

Futbol üzrə Niderland yığmasının hücumçusu Bas Dost Almaniyanın “Ayntraxt” (Frankfurt) klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu Belçikanın “Brügge” klubuna transfer olunub.

Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 1.5 illik müqavilə imzalanıb.

Dost, ölkəsində “Emmen”, “Herakles”, “Herenven”, Almaniyada “Volfsburq”, Portuqaliyada “Sportinq” klublarında da forma geyinib. O, 2019-cu ilin avqustundan “Ayntraxt”ın uğurları üçün çalışırdı. Frankfurt təmsilçisində 43 oyuna 15 qolla yadda qalan futbolçu Niderland yığmasında da 18 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button