Bundesliqa klubundan 9 milyon avroluq transfer

Almaniyanın “Ştutqart” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Renn” klubundan hücumçu Seru Girassini, “Herta”dan isə sol cinah müdafiəçisi Maksimilian Mittelştadtı transfer edib.

Hər iki futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.

27 yaşlı Girassinin transferi üçün Liqa 1 təmsilçisinə 9 milyon avro ödənilib. Mittelştadtın transferi isə 800 min avroya başa gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button