
Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası baş məşqçi postuna Sloveniyanın “Sele” klubunun “sükanı arxasında” olan Albert Rieranı təyin edib.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Riera 2024-cü ildən Sloveniya təmsilçisinə rəhbərlik edirdi.
Xatırladaq ki, “Qarabağ” cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”ı Bakıda 3:2 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



