“Bugünkü qələbə bizə inam verəcək” – “Liverpul”u məğlub edən baş məşqçi

“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner komandasının İngiltərə çempionatının 33-cü turunda “Liverpul”la oyunda (1:0) qazandığı qələbəni şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyundan razı qaldığını bildirib:

“Enfild”də bu, əla qələbədir, burada qalib gəlmək çətindir. Xüsusilə, birinci hissədə futbolçuların mübarizəsini görmək çox xoş idi. Komandanı bu qələbə münasibətilə təbrik edirəm. Qarşıda “Vest Hem”lə matçımız var və bizə belə çıxış lazımdır. Düşünürəm ki, bugünkü qələbə bizə inam verəcək. Lakin biz özümüzdə qalmalı, təvazökar olmalıyıq”.

“Liverpul” İngiltərə çempionatında 32 oyundan sonra 71 xalla üçüncü pillədə qərarlaşıb. “Kristal Pelas” eyni sayda oyundan sonra 33 xal toplayıb və 14-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button