Buffon: “Ronaldo kimi oyunçu görməmişəm”

“Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçu ilə bağlı xatirələrindən danışıb:

“Ona qarşı oynadığımız hər oyunda mənə qol vurdu. Yeganə istisna mənim meydandan qovulduğum oyun idi, amma qırmızı vərəqə aldıqdan sonra yenə də qol vurdu. Ronaldoya qarşı oyunlardan əvvəlki gecə yuxuya getmək mümkün deyildi. O, qəddar və sürətlidir, həmişə rəqiblərindən beş metr irəlidədir. Onun kimi oyunçu görməmişəm. O, cərimə meydançasında əsl vəhşi idi, həmişə “öldürməyə” hazır idi”.

Buffon 2023-cü ildə futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button