
Buffon italiyalı futbolçunu təriflədi: “O, bütün gözləntilərinizi aşacaq”
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon “İnter”in hücumçusu Françesko Pio Esposito haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı futbolçu haqda bunu deyib:
“O, bütün gözləntilərinizi aşacaq. Mən “İnter”də olsaydım, risk edib ona yatırım edərdim. O, xüsusi bir oğlandır, inanılmaz təvazökarlığa malik peşəkardır”.
Esposito “İnter” akademiyasının yetirməsidir. 20 yaşlı forvard bu mövsüm bütün yarışlarda 35 oyunda meydana çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



