Buffon “daha 4-5 il” dedi

Futbolçu karyerasını başladığı “Parma”ya geri dönən Canluici Buffon açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı qapıçı, 4-5 il də futbol oynaya biləcəyini deyib:

“Parma” ilə ilk oyunuma çıxdığımdan bəri 21 il keçib. Bu, təxminən 9 min gün deməkdir. Bir idmançı, qapıçı, özəl insan olduğumu sübut etmək arzum davam edir. Buna görə də, oynamağa davam etmək istəyirəm.

Qarşıdakı 4-5 ildə də yaxşı işlər görə bilərəm. Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Həm də, çoxlu təcrübə qazanmışam”.

Buffon karyerası ərzində “Parma”dan başqa, “Yuventus” və PSJ kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button