Şenol Günəş Azərbaycanla oyunda ehtiyat qüvvəyə şans verəcək

Bu yay təşkil olunacaq Avropa çempionatına hazırlığı davam etdirən Türkiyə milli komandası sabah Azərbaycan yığması ilə yoxlama matçı keçirəcək.

Komanda.az xəbər verir ki, Şenol Günəşin çalışdırdığı kollektiv hazırda Antalyada təlim-məşq toplanışındadır.

Türkiyə mətbuatının yazdığına görə, qardaş ölkə yığması millimizlə oyunda heç də əsas heyətlə oynamayacaq. Belə ki, Şenol Günəşin millidə az şans qazanan futbolçuları oynatması gözlənilir.

Türkiyə – Azərbaycan matçı mayın 27-də, Alanyadakı Oba stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Türkiyə millisinin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbaxça”), Gökhan Akkan (“Rizəspor”);

Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Mərt Müldür, Kaan Ayhan (hər ikisi “Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”);

Yarımmüdafiəçilər: Mahmut Tekdemir (“Başakşəhər”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbaxça”), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya);

Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztəpə”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya).

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Türkiyə yığması turnirdə İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button