“Mançester Yunayted”də baş verən dəyişikliklər inanılmazdır”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, Premyer Liqanın 23-cü turunda Maykl Karrikin rəhbərlik etdiyi komandanın “Arsenal” üzərində qazandığı 3:2 hesablı qələbəni dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra Runi “qırmızı şeytanlar”ın oyunundakı dəyişimi xüsusi vurğulayıb:

“İki oyun ərzində “Mançester Yunayted”də baş verən dəyişikliklər inanılmazdır. Karrik və onun məşqçilər heyəti böyük tərifə layiqdir. Onlar futbolçulara düzgün yanaşma, fokuslanma və komanda ruhu aşılaya biliblər. Açığı, Ruben Amorimin (“Mançester Yunayted”in sabiq baş məşqçisi) dönəmində bunlar hiss olunmurdu”.

İngiltərəli sabiq futbolçu komandanın oyuna inamla çıxdığını da bildirib:

“Mançester Yunayted” “Arsenal” üzərində qələbəyə inanırdı. Çoxlu qol epizodları yaratmasalar da, oyunu yaxşı nəzarətdə saxladıqları hiss olunurdu”.

Runi, londonluların matça yaxşı başladığını desə də, “Mançester Yunayted”in buraxılan qola reaksiyasını yüksək qiymətləndirib:

“Arsenal” oyuna yaxşı başladı, amma “Mançester Yunayted” qol buraxandan sonra möhtəşəm reaksiya verdi. Bu, tam haqq edilmiş qələbə idi”.

Karrikin komandası bununla ardıcıl ikinci prinsipial oyunda qalib gəlib. Daha əvvəl “Mançester Siti”ni məğlub edən “qırmızı şeytanlar” bu dəfə “Arsenal”ı sıradan çıxararaq, Premyer Liqada ciddi dönüş siqnalı veriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button