Sarri Bakıdakı qələbəni onlara həsr etdi

UEFA Avropa Liqasının final oyununda “Arsenal”a 4:1 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”da gördüyü işi dəyərləndirən italiyalı mütəxəssis, bunları deyib:

“Premyer Liqanı 3-cü pillədə bitirdik. İngiltərə kubokunda “Liverpul” və “Tottenhem”i mübarizədən kənarlaşdırdıqdan sonra “Mançester Siti”yə finalda məğlub olduq. Avropa Liqasını bütün komandalardan çox qol vuraraq qazandıq. Bu gecədən sonra mövsümün bizim üçün yaxşı ilə möhtəşəm arasında olduğunu düşünürəm. Bu qədər çətin bir çempionata tez uyğunlaşmaq asan deyil. Bəzi problemlər yaşadım, amma fevral ayından sonra nələrsə dəyişdi. Bəlkə də, mən dəyişdim və bu komandanı mənimmiş kimi hiss etməyə başladım.

Artıq bu qələbəni qeyd etməyin zamanıdır. Sabahdan etibarən klubla görüşməyə başlayacağıq. Daha iki illik müqaviləm var. Klubla hər şeyi dəyərləndirmək məcburiyyətindəyik. “Çelsi”də qalmağa layiq olduğumu düşünürəm, amma bu, kifayət deyil. Nələr baş verəcəyini görəcəyik”.

60 yaşlı mütəxəssis, bu qələbəni keçmiş komandası “Napoli”yə həsr etdiyini deyib:

“Napoli”nin məni təbrik etməsinə sevindim. Bunun olacağından şübhəm yox idi. “Napoli” azarkeşlərini nə qədər sevdiyimi hər kəs bilir. Keçən il birbaşa başqa bir İtaliya klubuna getməmək üçün İngiltərəyə gəldim. Peşəkar həyatda bəzən fərqli addımlar atmağınız lazım olur. Bu, heç vaxt keçmişimi və “Napoli”yə olan hörmətimi dəyişdirməyəcək.

Bu qələbəni “Napoli” azarkeşlərinə həsr etmək istəyirəm, çünki onlara bu sevinci yaşada bilmədim”.

Eden Hazardın komandadan ayrılması ilə bağlı da danışan Sarri, “Təəssüflənirəm, çünki Hazard möhtəşəm bir futbolçudur və daha artığını bacara bilər. O, qəribə bir insandır, amma onu xoşbəxt edəndə, mükəmməl biri olur” deyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button