“Bu oyunla futbolçularımı necə tənqid edim?” – Qvardiola

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Tottenhem”ə 0:2 hesabı ilə məğlub olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, məğlubiyyəti belə şərh edib:

“Bu oyunla futbolçularımı necə tənqid edim? Yaxşı oynadıq, amma məğlub olduq. Rəqib iki hücum etdi və iki qol vurdu. Oyunumuz haqqında danışacaq çox şey yoxdur. Komanda olaraq qol vura bilmədiyimizi deyə bilmərik, çünki çox qol vururuq. Bu vəziyyətdə edə biləcəyimiz yeganə şey, daha yaxşı oynamaq və zehni cəhətdən daha güclü olmaqdır. Bu vəziyyəti qəbul etməli və irəliləməliyik. Qalib gəlmək üçün çalışdıq. Həvəs və ya motivasiya əskikliyi yox idi”.

25 turdan sonra 51 xal toplayan “Mançester Siti” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Liverpul”dan 22 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button