“Bu nəticəni qəbul etmək hər kəs üçün çətin olacaq” – Arteta

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Olimpiakos”a 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis, nəticədən məyus olduqlarını bildirib:

“Futbolçuların bu turnirdə iştirak etməyi nə qədər çox istədiklərini gördüm. Onların necə oynadıqlarının, mübarizə apardıqlarının şahidi oldum. Turnirlə bağlı böyük ümidlərimiz vardı. Böyük məyusluq yaşayırıq. Bu nəticəni qəbul etmək hər kəs üçün çətin olacaq. Bu, futboldur, bəzən belə hallar olur. İndi hər şey bizdən, məndən asılıdır, yolumuza davam etməliyik. Oyun ərzində vacib məqamları əldən verdik. Eyni zamanda, cərimə meydançasında rəqib üçün şərait yaratdıq, onlar da bundan istifadə etdilər. Rəqibin cərimə meydançasında daha aqressiv olmalı idik, amma bunu bacarmadıq. Bu oyundan nəticə çıxarmalıyıq, bu, inkişaf etməyin bir hissəsidir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button