“Bu nəticəni gözləmirdik” – “Sabah”ın məşqçisi

“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 18-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Uşaqları qələbə münasibətilə təbrik edirəm. Hamısı oyuna yaxşı hazırlaşmışdı. Əvvəlki oyunlara nisbətən balaca dəyişiklik etmişdik. Futbolçularımız çox yaxşı döyüşdülər. Amma bu nəticəni gözləmirdik. Komandanı digər oyunlardakı kimi hazırlamışdıq. Sadəcə, əvvəlki matçları azlıqda oynamışdıq. Bu dəfə isə elə aqibətlə üzləşmədik. Mövsümün ilk yarısını belə hesabla qalib başa vurmaq çox xoşdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button