“Bu mövsüm xüsusi bir şey etməsək belə, 7:0-lıq qələbə ilə yadda qalacağıq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 26-cı turunun “Mançester Yunayted” ilə qarşılaşmasını (7:0) xatırladıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”la oyunu hər zaman xatırlayacağını söyləyib:

“Düşünürəm ki, həmin qarşılaşmanı karyeramı bitirdikdən sonra hər zaman xatırlayacam. Bu mövsüm xüsusi bir şey etməsək belə, 7:0-lıq qələbə ilə yadda qalacağıq.

Ümid edirəm ki, bir neçə ildən sonra bu sözlər deyiləcək: “Bəli, biz “Mançester Yunayted”i 7:0 hesabı ilə məğlub etdik. Daha sonra UEFA Çempionlar Liqasına vəsiqə qazandıq”. Məncə, çox əla səslənir”.

Almaniyalı mütəxəssis UEFA Avropa Liqası haqda da söz açıb:

“Əlimizdən gələni edirik. “Mövsümün əvvəlində Avropa Liqasına yollanmağın inanılmaz nəticə olacağını düşünərək yola çıxmaq” fikrini qətiyyən düşünmürük.

2022/23 mövsümündə yaxşı dərslər aldıq. Bu, çox normaldır. Avropa Liqasına vəsiqə qazansaq, orada oynayacağıq. Hər şey yaxşıdır”.

Mersisayd təmsilçisi İngiltərə çempionatının 34-cü turunda “Tottenhem”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button