“Bu komandada oynamaqdan zövq alıram” – İsveçli futbolçu

“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöf komandada qalmaq istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində oynamaqdan zövq aldığını deyib:

“Mançester Yunayted”lə müqaviləmdə anlaşmanı 2025-ci ilə qədər uzatmaq variantı var və onun aktivləşdirilməsi üçün əlimdən gələni edəcəm. Bu komandada oynamaqdan zövq alıram. Bu, çox bəyəndiyim klubdur və təmsil etməkdən xoşbəxtəm”.

İsveçli futbolçu 2017-ci ildə “Benfika”dan “Mançester Yunayted”ə keçib. Lindelöf MY ilə bütün yarışlarda 241 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button