“Bizim fantastik bir gələcəyimiz var” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Vircil Van Dayk açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, hollandiyalı futbolçu, geridə qalan mövsümdə Mersisayd təmsilçisini və öz oyununu dəyərləndirib:

“Düşünürəm ki, komanda olaraq gələcəyimiz daha parlaq görünür. İnkişaf etmək istəyən futbolçulardan ibarət fantastik komandamız var. Bu komanda, bu klub üçün hər şey etmək istəyirik. Komandanın səviyyəsi çox yüksəkdir. Bizim fantastik bir gələcəyimiz var, çünki hər birimiz daha artığını istəyirik.

Mövsümboyu eyni səviyyədə çıxış etmişəm. Komanda yoldaşlarımın köməyi ilə çox yaxşı oyunlar keçirdim. Ümumiyyətlə, mövsüm ərzində hər bir futbolçumuz fantastik idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button