“Bu, karyeramın ən yaxşı dövrlərindən biridir”

İtaliyanın “Yuventus” klubunun futbolçusu Danilo karyerası barədə açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, karyerasının ən yaxşı dövrünü yaşadığını bildirib:

“Portu”dan ayrıldıqdan bəri ən yaxşı mövsümümü keçirirəm. Bu, karyeramın ən yaxşı dövrlərindən biridir. “Yuventus” kimi klubda olduğum üçün xoşbəxtəm. Yeni mövqeyimdən də məmnunam.

Baş məşqçimiz Andrea Pirlonun hər zaman dəqiq fikirləri var. O, fikirlərini bizə yaxşı izah edir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button