“Bu günlərdə hiss etdiyim ağrıları ifadə etmək çətindir” – Hakimi

PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi ölkəsində baş verən zəlzələdən zərər çəkənlərə dəstək olub.

Komanda.az xəbər verir ki, mərakeşli futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib:

“Bu günlərdə hiss etdiyim ağrıları ifadə etmək çətindir. Həyatların xilas edilməsində kömək edən hər kəsə: təcili xidmətə, orduya, polisə, yanğınsöndürənlərə, həkimlərə və bütün könüllülərə minnətdarlığımı bildirmək istəyirəm. Siz bu faciənin qəhrəmanlarısız. Bütün qəlbimlə təşəkkür edirəm. Yaralananlara tezliklə şəfa, yaxınlarını itirməkdən əziyyət çəkənlərə isə güc diləyirəm. Biz onları heç vaxt unutmayacağıq”.

Xatırladaq ki, sentyabrın 9-na keçən gecə Mərakeşdən 80 kilometr aralıda 6,9 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, ölənlərin sayı 2 mini keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button